1.
Müştəri məhsulu təhvil aldığı anda qaytarmaq istəyərsə:
Əgər
sifariş edilən məhsul müştərini əsaslı səbəblə qane etmirsə (sifarişə uyğun
olmayan məhsul isə, məhsulun üzərində fiziki qüsur varsa) qaytarış edə bilər.
Bu halda kuryer geri qaytarma aktı tərtib edir, tərəflər təsdiq etdikdən sonra
məhsul kuryer tərəfindən anbara təhvil verilir.
Müştəri
online ödəmə etmişsə qaytarış aktı əsasında əlaqədar banka ödəmənin geri
qaytarılması üçün müraciət edilir. Bankın daxili proseduruna uyğun olaraq pul
müştərinin hesabına geri ödənilir.
2.
Müştəri məhsulu təhvil aldıqdan 14 gün içərisində qaytrmaq istəyrsə:
Müştəri
qaytarmaq istədiyi məsulları bütün aksessuarları və kassa qəbzi ilə birlikdə
orijinal qutusuna yerləşdirirək Heydar Aliyev Ave 152, Çinar plaza 10 cu
mərtəbə ünvanında yerləşən Stroymat Group MMC-nin ofisinə gətirir. Məhsullar
yoxlandıqdan sonra dəyərləndirilərək müştərinin istəyinə uyğun olaraq
dəyişdirilə və ya qaytarıla bilər. Məhsul geri alındıqdan sonra nəğd şəkildə
ödəmələrdə pul nəğd olaraq kassadan müştəriyə geri ödənilir. Digər hallarda
əlaqədar banka ödəmənin geri qaytarılması üçün müraciət edilir. Bankın daxili
proseduruna uyğun olaraq pul müştərinin hesabına geri ödənilir.
Ödənişin müştəriyə geri qaytarılması yalnız saat 9:00-dan 17.00-dək
(bank kartı ilə ödənişlə qaytarılan məhsullar I-V günlər) arası həyata
keçirilir.
Önəmli
məlumatlar:
· Elektrikli məhsullarda qaytarış və
ya dəyişmə üçün səlahiyyətli servis tərəfindən raport olmalıdır.
· Kəsilərək və xüsusi sifariş əsasında
satılmış məhsullar geri qaytarılmır.
· Montaj edilmiş və ya servis
tərəfindən qurulmuş məhsullar geri qaytarılmır.
· Korporativ satışların
qaytarılmasında şirkətimizə faktura tərtib edilməlidir.