Bu sənəddə (bundan sonra
“Sənəd”) qeyd olunan şərtlər, www.stroymat.az saytı ilə (bundan sonra “Biz”,
“STROYMAT GROUP MMC” və ya “Veb-sayt”) Veb-saytın istifadəçisi (bundan sonra
“İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı məlumatların
konfidensiallığının təmin edilməsi məqsədini daşıyır.
Bu Sənəddə “İstifadəçi”
dedikdə, Veb-sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər)
qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan
şəxslər nəzərdə tutulurlar.
Biz, sizin Veb-sayta
daxil olaraq ondan istifadə etdiyiniz zaman barənizdə Veb-sayta daxil edilmiş
məlumatları necə topladığımızı, hansı qaydada istifadə və mühafizə etdiyimizi
sizə aydın şəkildə izah edə bilməyimiz üçün bu Sənədi tərtib və təsdiq etmişik.
Bu Sənədin hazırlanmasında əsas məqsəd, istifadəçilərin Veb-saytdan güvənli
şəkildə istifadə etmələrini təmin etmək, həmçinin Veb-saytda həyata
keçirdikləri hər bir hərəkət zamanı daxil etdikləri fərdi məlumatların
konfidensiallığına təminat verildiyinə onları əmin etməkdən ibarətdir. Odur ki,
Veb-saytdan istifadə etməzdən əvvəl saytımızın “Konfidensiallıq Siyasəti” ilə
tanış olmağınızı tövsiyə edirik.
www.stroymat.az veb-saytının
“Konfidensiallıq Siyasəti” başda ölkənin ali qanunu olan Azərbaycan
Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respubikasının tərəfdar
çıxdığı beynəlxalq qanunvericilik aktlarına, “Fərdi məlumatlar haqqında”
Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna və Azərbaycan Respublikasının
qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə
uyğun olaraq hazırlanmışdır.
www.stroymat.az
veb-saytında İstifadəçi ilə Veb-sayt arasında fərdi məlumat mübadiləsi
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və
vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq,
könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir.
İstifadəçiyə aid fərdi
məlumatlar onun özü tərəfindən könüllük prinsipinə riayət etməklə təqdim
edildiyi andan mühafizə olunur.
İstifadəçinin nəzərinə
çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar (adı, soyadı, atasının
adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron
ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət
növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) “Fərdi məlumatlar haqqında”
Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin
özünün yazılı razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi
məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar) istisna
olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülürmür.
Baş vermiş inzibati
xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, belə hüquqazidd
əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə gələcəkdə baş
verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti
belə qəsdlərdən qorumaq məqsədilə Veb-sayta daxil edilmiş məlumatlar
hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya
rəsmi sorğuları nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin
tələblərinə əməl edilməklə, İstifadəçinin razılığı alınmadan, belə orqanlara təqdim
edilə bilər.
Nəzərinizə çatdırırıq
ki, Veb-saytımızda müxtəlif digər veb-saytlara, internet platformalara keçidlər
yerləşdirilə bilər. Belə keçidlərə daxil olmaqla, orada apardığınız
yazışmaların, təqdim etdiyiniz məlumatların konfidensiallığının təmin
edilməməsi ehtimalı hər zaman mövcuddur. Həmin veb-saytlarda, internet
platformalarda təqdim etdiyiniz məlumatlarınızın, hərəkətlərinizin
konfidensiallığına “STROYMAT GROUP MMC” zəmanət vermir və cavabdehlik daşımır.
İstənilən halda siz
fərdi məlumatlarınızı saytda qeyd etməmək hüququnu özünüzdə saxlayırsınız.
Ancaq nəzərə alın ki, Veb-sayt vasitəsi ilə müəyyən hərəkətləri edə bilməyiniz
üçün qeydiyyatdan keçməyiniz və qeydiyyatdan keçərkən özünüzə aid müxtəlif
məlumatlarınızı daxil etməyiniz zəruridir. Əks halda Veb-saytda nəzərdə
tutulmuş imkanlardan istifadə etməyiniz qeyri-mümkün olacaqdır.
Yuxarıda qeyd
olunanlarla yanaşı, həmçinin onu da nəzərinizə çatdırırıq ki, “STROYMAT GROUP
MMC” gələcəkdə istənilən zaman bu “Konfidensiallıq Siyasəti”nə birtərəfli
qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Belə dəyişikliklərin
edilməsi müxtəlif zərurətlərdən əmələ gələ bilər (məsələn: qanunvericiliyə
edilmiş müxtəlif dəyişikliklərlə bağlı, istifadəçilərin Veb-saytdan
istifadələrinin daha da asanlaşdırılması, müxtəlif kompaniyaların həyata
keçirilməsi və s.). Lakin hər bir halda, İstifadəçiyə məxsus fərdi məlumatların
konfidensiallığının təmin edilməsi prinsipinin aliliyi Bizim tərəfimizdən hər
zaman rəhbər tutulacaqdır.
Bu sənədlə bağlı hər
hansı iradınız, təklif və ya şikayətiniz olarsa, aşağıdakı vasitələrlə Bizimlə
əlaqə saxlamağınızı xahiş edirik.